BAKI, 2 noyabr. TELEQRAF
Yunanıstanda yeniyetmə şahmatçılar arasında Avropa çempionatı keçiriləcək.
Teleqraf xəbər verir ki, noyabrın 3-də İraklion şəhərində start götürəcək qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.
Komandamızın heyətində yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş mükafatçısı Mehriban Əhmədli və son qitə birinciliyinin bürünc medalçısı Məryəm Ağaverdiyeva da yer alıb.
Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyası üzrə medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da yer alıb. Nümayəndə heyətinə Raul Quliyev rəhbərlik edir.