BAKI, 16 sentyabr. TELEQRAF
Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.
Teleqraf xəbər verir ki, mötəbər turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparacaqlar.
Kişilərin yarışında ölkəni Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edəcəklər. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar.
I turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeş, qadın yığması isə Qvatemala şahmatçıları ilə üz-üzə gələcək. İlk oyunda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcəklər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.