BAKI, 23 avqust. TELEQRAF

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Milli Gimnastika Arenasında keçiriləcək matç saat 18:30-da start götürəcək.

Qrupun digər görüşündə Portuqaliya və Belçika yığmaları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlub edib.