BAKI, 6 iyun. TELEQRAF
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, yığma 1/4 final mərhələsində Almaniya millisi ilə qarşılaşıb.
Gərgin keçən oyun Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komanda yarımfinalda ABŞ yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal və final görüşləri iyunun 7-də keçiriləcək.