BAKI, 2 noyabr. TELEQRAF

Azərbaycanın U-16 oğlan və qızlardan ibarət voleybol milliləri Avropa çempionatının 1-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.

Teleqraf xəbər verir ki, EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışlar noyabrın 19-dan 22-dək davam edəcək.

Oğlanlardan ibarət yığmamız Latviyanın paytaxtı Riqada B qrupunda Latviya və Finlandiya komandaları ilə qarşılaşacaq. Qızlardan ibarət millimiz isə Estoniyanın Kaariku şəhərində eyni qrupda Estoniya, Litva və Ukrayna kollektivləri ilə mübarizə aparacaq.

Oğlanlardan ibarət U-16 millimizin oyunlarının təqvimi:

19 noyabr
18:00. Latviya – Azərbaycan

20 noyabr
18:00. Azərbaycan – Finlandiya

Qızlardan ibarət U-16 millimizin oyunlarının təqvimi:

19 noyabr
19:00. Estoniya – Azərbaycan

20 noyabr
16:00. Azərbaycan – Ukrayna

21 noyabr
19:00. Litva – Azərbaycan

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri finalda üz-üzə gələcəklər. Həmin görüşün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.