BAKI, 2 noyabr. TELEQRAF
“Xilasedici” komandası Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, təmsilçimiz bu raundda Portuqaliyanın “Sportinq CP Lisboa” klubu ilə qarşılaşacaq.
Komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada təşkil olunacaq.