BAKI, 19 may. TELEQRAF

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasına hazırlıq mərhələsi davam edir.

Teleqraf xəbər verir ki, millinin təlim-məşq toplanışı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Voleybolçularımız hazırlığın növbəti mərhələsini 22-27 may tarixlərində Belarusda keçirəcək.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və ev sahibi komanda ilə qarşılaşacaq. Növbəti mərhələdə Rumıniya və İspaniya ilə oyunlar keçiriləcək. Azərbaycanda təşkil olunacaq mərhələdə isə millimiz Macarıstan və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək.