BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çex Respublikasının paytaxtı Praqada keçirilən "International Challenge" kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Bu barədə Teleqraf-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mübarizəyə əsas mərhələdən start verən Edi ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13). Edi 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispan Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).