BAKI, 14 sentyabr. TELEQRAF
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol milli komandası Çinin paytaxtı Şanxayda keçirilən dünya Qadın Seriyasının final oyununa çıxıb.
Teleqraf xəbər verir ki, yığma həlledici matçda Kanada seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 12:21.