BAKI, 6 noyabr. TELEQRAF
Türkiyənin milli müdafiə naziri Yaşar Güler ukraynalı həmkarı Yevgeni Xmara ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələlərini müzakirə ediblər.