BAKI, 6 noyabr. TELEQRAF

8 Noyabr – Zəfər Günü münasibətilə Polis Akademiyasının kursantları tərəfindən fləşmob təşkil olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fləşmobda kursantların iştirakı ilə ərsəyə gələn kompozisiyada xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Zəfərə atılan imza” və “Zəfərin memarı” sözləri əks olunub.

Fləşmobun məqsədi Azərbaycanın şanlı Qələbəsinin əhəmiyyətini, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən uca tutulduğunu və gələcək nəsillərə ötürülən milli qürur və iftixar mənbəyi olduğunu nümayiş etdirməkdir.