ABŞ Prezidenti Donald Tramp Fransada məktəblilərin kütləvi etirazlarını miqrasiya və İslamla əlaqələndirərək, ölkədə baş verənlərin təhsil sisteminin vəziyyəti ilə bağlı olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp "Truth Social" şəbəkəsində yazıb: "Fransada baş verənlər nəzarətdən çıxan kütləvi miqrasiyadan başqa bir şey deyil. Söhbət məktəblərdən getmir, söhbət İslamın bir vaxtlar böyük olan ölkəni ələ keçirmək istəyindən gedir".
Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında paytaxtın İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb . İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları 6000-dən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.