BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycan və Litva arasında strateji tərəfdaşlığın inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir Azərbaycan və Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.
O, sənədin iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.