BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır və Litvanın bu istiqamətdə dəstək mesajını müsbət qarşılayır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan son illərdə bir sıra ölkələrlə qarşılıqlı viza rejiminin liberallaşdırılması istiqamətində addımlar atıb və bunun müsbət nəticələrini görür:
“Avropa İttifaqı ilə də oxşar viza rejiminin tətbiqi Azərbaycan üçün vacib və arzuolunandır”.
O, litvalı həmkarının bu istiqamətdə dəstək ifadə etməsini müsbət qiymətləndirib və buna görə təşəkkürünü bildirib.