BAKI, 25 noyabr. TELEQRAF

Paytaxtda 23 məktəbə yeni direktor təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Qeyd edək ki, MÜTDA-nın müvafiq əmrinə əsasən, 2026-2027-ci tədris ili ərzində isə paytaxt üzrə ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin edilib.