BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanla Litva arasında indiyədək 45 sənəd imzalanıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında əlaqələrin hüquqi bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:
“Hazırda tərəflər daha 7 sənədin imzalanması üzərində çalışırlar”.