BAKI, 25 noyabr. TELEQRAF
İspaniya təmsilçisi “Real Madrid”in ingiltərəli futbolçusu Cud Bellinqem tarixi göstəriciyə imza atıb.
Teleqraf “Defensa Central”a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi buna UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Niderlandın PSV klubu ilə matçda nail olub.
Görüşdə fərqlənən Bellinqem turnirdə “Real Madrid”in heyətində vurduğu qolların sayını 11-ə çatdırıb. Bununla da o, klub tarixində Çempionlar Liqasında ən çox qol vuran ingiltərəli futbolçu olub.
Bellinqem bu göstəricidə Devid Bekhem (2), Stiv Makmanaman (5), Maykl Ouen (1) və Conatan Vudqeyti (1) geridə qoyub. Həmin futbolçuların turnirdə vurduğu qolların ümumi sayı 9-dur.