BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanla Litva arasında birbaşa aviareyslərin açılması müzakirə olunan məsələlərdəndir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, birbaşa uçuşların açılması iki ölkə arasında turizm əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər.