BAKI, 25 noyabr. TELEQRAF

“Messi səviyyəsinə çatan futbolçu görəcəyimi düşünmürəm”.

Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Mançester Siti”, Almaniyanın “Bavariya” və İspaniyanın “Barselona” klublarının sabiq baş məşqçisi Xosep Qvardiola deyib.

Mütəxəssis argentinalı ulduz Lionel Messi ilə eyni səviyyəyə yüksələ biləcək futbolçunun olub-olmaması barədə danışıb.

Qvardiola bildirib ki, Messinin 15-20 il ərzində eyni yüksək səviyyədə çıxış etməsini təkrarlamaq çətindir:

"Onun kimi futbolçu görməmişəm. Messi bir neçə gündən bir het-trik etmək və üç məhsuldar ötürmə vermək iqtidarında idi. Bu cür ardıcıllığı az adam nümayiş etdirə bilər. Amma Messi bunu həm məşqlərdə, həm də matçlarda bacarırdı. Messinin hər zaman rəqabət ruhu olub.

Düşünmürəm ki, sağlığımda belə bir futbolçu görəcəyəm. Əla oyunçular var, amma kim 15-20 il ərzində bu səviyyəni qoruyub saxlaya bilər? Belə bir futbolçunun adını çəkə bilmərəm".

Qeyd edək ki, hazırda Lionel Messi ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.