BAKI, 25 noyabr. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyirik.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir Azərbaycanın konstruktiv rolunu və sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini vurğulayıb.
O, Vaşinqton sammitində əldə olunan razılaşmaları, sülh sazişi layihəsinin paraflanmasını dəstəklədiklərini qeyd edib.
Kestutis Budris Ermənistan tərəfindən verilən açıqlamaları izlədiklərini bildirərək yekun sənədin tezliklə imzalanacağına ümid etdiyini deyib:
“Bu, regionda daha əlverişli şərait yaradacaq”.
Litvalı nazir nəqliyyat və enerji sahələrində birgə layihələrə maraq göstərdiklərini, regionda sabitliyin və etibarlı tərəfdaşlığın vacibliyini diqqətə çatdırıb.
O, həmçinin minaların təmizlənməsi istiqamətində dəstək göstərməyə və bu prosesə töhfə verməyə hazır olduqlarını bildirib.