BAKI, 25 noyabr. TELEQRAF
Litvanın “Dominari” şirkəti Ağdam Sənaye Parkında istehsal sahəsi yaradacaq.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının üstünlükləri, investisiya imkanları və qanunvericilik təşviqləri Litva tərəfi üçün maraq doğurur.
Ceyhun Bayramov bu sahədə ilkin müsbət layihənin artıq mövcud olduğunu vurğulayıb:
“Litvanın “Dominari” şirkəti Ağdam Sənaye Parkında istehsal sahəsi yaratmağı planlaşdırır. Layihə çərçivəsində 50 milyon manat investisiya yatırılması və 600 iş yerinin açılması nəzərdə tutulur”.