BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ hərbçiləri iyulun ortalarından etibarən İranın dəniz blokadasını pozmağa cəhd göstərdiyi iddia olunan 13 ticarət gəmisini məhv ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.
“Son 12 həftə ərzində CENTCOM blokadanı pozan və ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun kölgə şəbəkəsinin bir hissəsi olan 13 kommersiya gəmisini məhv edib”, – komandanlığın açıqlamasında bildirilib.
CENTCOM-un məlumatına görə, blokadanın bərpasından sonra ABŞ hərbçiləri 130 kommersiya gəmisinin marşrutunu dəyişdirib, daha 3 gəmini isə sıradan çıxarıb.
ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.
Münaqişədən əvvəl Hörmüz boğazından dünya neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin 20 faizi həyata keçirilirdi.