BAKI, 13 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna üzrə danışıqlar prosesinin yenidən başlanması üçün Qərb liderləri ilə təmaslarını davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ankara maraqlı tərəflərlə diplomatik əlaqələri davam etdirir və Moskva ilə Kiyev arasında danışıqların bərpası Türkiyə lideri üçün prioritet məsələlərdən biri olaraq qalır.

Bildirilir ki, Türkiyə tərəfi münaqişənin siyasi-diplomatik yollarla həllinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın vaxtlarda Prezident Ərdoğanın tapşırığı ilə Ukraynaya səfər edəcəyini açıqlamışdı.