BAKI, 27 avqust. TELEQRAF

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın Rostov vilayətində yerləşən “Millerovo” hərbi aerodromunda “Nebo-U” radiolokasiya stansiyasını vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu buradan mütəmadi olaraq zərbə və digər tipli dronlar buraxır. Rusiya ordusu “Millerovo”dan Ukraynanın şərq, mərkəzi və şimal bölgələrinə hava hücumları həyata keçirmək üçün istifadə edir.

“Nebo-U” radiolokasiya stansiyasının təxmini dəyəri 100 milyon dollardır.