BAKI, 27 avqust. TELEQRAF
Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi və müxtəlif sahələrdə əməkdaşlıq prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan İrakli Kobaxidzeni oktyabr ayında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflərinin 17-ci Konfransında (COP17) iştiraka dəvət edib
Gürcüstanın Baş naziri dəvəti qəbul edib.