BAKI, 27 avqust. TELEQRAF
Rusiya Silahlı Qüvvələri ilk dəfə Ukraynaya qarşı yeni “İskəndər-1000” ballistik raketindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, 9M723-2 raketi bu ilin yayında paytaxt Kiyevə qarşı zərbə kampaniyası zamanı tətbiq olunub. Raketin “Bora-M” raket kompleksinin tərkibinə daxil olduğu bildirilir.
Məlumata əsasən, modernləşdirilmiş raket daha güclü mühərrikə və buna uyğun daha böyük buraxılış qurğusuna malikdir. Onun 550 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malik olduğu bildirilir. Əvvəlki 9M723-1 raketinin uçuş məsafəsi isə 390 kilometrə qədər idi. Digər əsas hissələrinin isə 9M723-1 ilə eyni qaldığı qeyd olunur.