BAKI, 27 avqust. TELEQRAF
Nepalda baş verən dağıdıcı daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşmüş hesab olunur.
Teleqraf xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 579 nəfər itkin düşənlər siyahısındadır. Onlardan 466-sı xarici ölkə vətəndaşı, 113-ü isə Nepal vətəndaşıdır.
Bundan əvvəl Rusiyanın Nepaldakı səfirliyi fəlakət bölgəsində azı dörd Rusiya vətəndaşının olduğunu və onlarla əlaqənin kəsildiyini açıqlamışdı.
Son məlumata görə, daşqın nəticəsində 162 nəfərin meyiti aşkarlanıb.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.