BAKI, 27 avqust. TELEQRAF

Ermənistan məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbs edilməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqancanyan məlumat verib.

Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin edib və Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçilib.

Keçmiş prezident vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.

Avqustun 27-nə keçən gecə onun səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib. Koçaryan təxminən iki həftə əvvəl ürək əməliyyatı keçirib.