BAKI, 27 avqust. TELEQRAF

“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyada qəbul edilməsinin arxasında heç bir siyasi motiv olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onun ölkəmizdə qəbul edilməsinin arxasında heç bir siyasi motiv olmayıb və yoxdur. Bu qərar yalnız humanitar məqamlardan, Suriyada hakimiyyət dəyişikliyinin yaratdığı dramatik durumdan irəli gələrək qəbul edilib. Onun və ailə üzvlərinin həyatı təhlükə altında idi”, - diplomat Əsədin Suriyada qiyabi olaraq ölüm cəzasına məhkum edilməsindən sonra Moskvanın onu Dəməşqə təhvil verib-verməyəcəyi barədə sualı şərh edərkən bildirib.

Xatırladaq ki, Dəməşq Cinayətlər Məhkəməsi Bəşər Əsədi, onun əmisi oğlu Atif Nəcibi və axtarışda olan daha 7 təqsirləndirilən şəxsi edam cəzasına məhkum edib.

Suriyanın keçmiş lideri hazırda ailəsi ilə birlikdə Moskvada yaşayır.