BƏRDƏ, 27 avqust. TELEQRAF

Bərdədə avtomobilin evə çırpılması zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) 27.08.2026-cı il tarixində saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

17:43

Bərdə rayonunda avtomobilin yaşayış evinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən yaşayış evinə çırpılıb.

Zərbədən evin divarının bir hissəsi dağılıb, ev sakinləri İsmayılzadə Sevinc, İsmayızadə Xədicə və İsmayızadə Günel xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.