BAKI, 27 avqust. TELEQRAF

Hazırda Ukrayna-Rusiya danışıqlar prosesində fasilədir, amma Kiyev yaxın zamanda onun bərpasını planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov bildirib.

“Ümid edirəm, danışıqlar prosesini yenidən canlandıracağıq. Bir neçə gün əvvəl bu nüfuzlu şəxsin səfərinin baş verdiyini də gördük”, - Budanov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərinə işarə edərək deyib.

Budanov qeyd edib ki, sentyabr ayında Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə görüş keçirilə bilər: “Buna ümid edirəm. Əlbəttə, amerikalılar da. Onlarsız mümkün deyil”.