BAKI, 13 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələri İrana qarşı son əməliyyatlar zamanı ilk dəfə zərbə tipli dəniz dronlarını tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, əməliyyat zamanı yalnız pilotsuz uçuş aparatlarından deyil, həm də ilk dəfə olaraq zərbə dəniz dronlarından istifadə olunub.

Məlumatda bu vasitələrin hansı miqyasda tətbiq edildiyi və hücumların nəticələri barədə ətraflı məlumat verilməyib.

CENTCOM açıqlamasında həmçinin İranın Hörmüz boğazına nəzarət etmədiyini bir daha iddia edib.