BAKI, 13 iyul. TELEQRAF
Bəhreyn ərazisində hava həyəcanı siqnalı səsləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin "X" sosial şəbəkəsində yaydığı açıqlamada sakinlər və ölkədə yaşayan əcnəbilər sakitliyi qorumağa və ən yaxın təhlükəsiz sığınacağa getməyə çağırılıb.
"Hava həyəcanı siqnalı verilib. Vətəndaşları və rezidentləri sakit qalmağa, ən yaxın təhlükəsiz yerə yönəlməyə çağırırıq", - deyə məlumatda bildirilib.
Hava həyəcanının səbəbi və mümkün təhlükə ilə bağlı əlavə məlumat verilməyib.