BAKI, 13 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin İranın Xuzistan vilayətinə endirdiyi zərbələr nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, mərmilərdən biri nasos stansiyasına düşüb. Nəticədə obyektin mühafizəçisi həyatını itirib.
Bildirilib ki, yaralanan şəxslərin vəziyyəti nəzarətdə saxlanılır və onlara tibbi yardım göstərilir.