BAKI, 13 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni hücumlar çərçivəsində ölkənin azı 13 şəhərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi məlumat yayıb.
Məlumata görə, hücumlara məruz qalan şəhərlər arasında Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Behbəhan, Buşehr, Cask, Dizful, Keşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndimeşk yer alıb.
Agentlik hava zərbələri nəticəsində ölən və ya yaralananlarla bağlı hələlik məlumat verilmədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı növbəti zərbələr dalğasına başladığını açıqlamışdı.