BAKI, 13 iyul. TELEQRAF

ABŞ hərbçiləri İranın Hörmüz boğazı istiqamətində buraxıldığı iddia edilən qanadlı raket və pilotsuz uçuş aparatını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təxminən bir saat əvvəl Hörmüz boğazında ticarət gəmilərinin hərəkət marşrutu istiqamətində atəş açıb.

Bildirilib ki, ABŞ qüvvələri qanadlı raketi və pilotsuz uçuş aparatını uğurla zərərsizləşdirib.

Qeyd edək ki, bundan əvvəl CENTCOM ABŞ-nin İrana qarşı növbəti zərbələr dalğasına başladığını açıqlamışdı.