BAKI, 13 iyul. TELEQRAF
İranın müxtəlif bölgələrində silsilə partlayışlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Xondab, Əhvaz, Behbəhan, Dizful, Omidiyyə və Bəndər-Mahşəhr şəhərləri ətrafında baş verib.
Eyni zamanda İranın dövlət teleradio şirkəti ölkənin cənubunda yerləşən Sirik şəhəri yaxınlığında rabitə qülləsinin atəş nəticəsində zədələndiyini bildirib.
Hadisələr ABŞ-ın İrana qarşı yeni zərbələr dalğasına başladığını açıqlamasından sonra baş verib.
Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə qarşı növbəti hərbi əməliyyatların başladığını bəyan etmişdi.