BAKI, 19 iyun. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması mərasimi üçün hələlik İsveçrəyə səfər etməyi planlaşdırmır.
Bu barədə jurnalistlərə vitse-prezidentin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, hazırda Vensin cümə axşamı axşam saatlarında ABŞ-dən yola düşməsi nəzərdə tutulmur.
Nümayəndə bildirib ki, Vaşinqton texniki məsələlər üzrə danışıqlara mümkün qədər tez başlamağa ümid edir.
Cey Di Vens daha əvvəl memorandumun imzalanma mərasiminin böyük ehtimalla həftəsonu keçiriləcəyini açıqlamışdı.
Cey Di Vensin rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ nümayəndə heyəti ilk fürsətdə səfərə hazırdır. O qeyd edib ki, qarşıdakı texniki danışıqlarla bağlı planlar hələ tam dəqiqləşdirilməyib.
"Bu danışıqların təşkilati tərəfi heç vaxt sadə və tam proqnozlaşdırılan olmayıb", - deyə Ağ Ev rəsmisi vurğulayıb.