ŞUŞA, 13 iyun. TELEQRAF
2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb, ticarət dövriyyəmiz isə 1,27 trilyon dollara çatıb.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu rəqəmlər türk dünyasının qlobal iqtisadiyyatda artan iqtisadi çəkisini və strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirir:
“Lakin bu təsirli makroiqtisadi göstəricilərə baxmayaraq, etiraf etməliyik ki, TDT daxilində regiondaxili ticarət və iqtisadi əlaqələr hələ də öz potensialının tam səviyyəsinə çatmayıb. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın türk dövlətləri ilə qarşılıqlı sərmayələrin həcminin 40 milyard ABŞ dollarına yaxın olduğunu bildirdi. Bu, təsiredici rəqəmdir, lakin ümid edirəm ki, gələcəkdə daha da artacaq. Potensial ilə faktiki nəticələr arasındakı bu fərq səylərimizi daha da gücləndirməyi zəruri edir”.