ŞUŞA, 13 iyun. TELEQRAF

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi türk dünyasını qlobal səviyyədə vahid, dinamik və nüfuzlu geosiyasi və iqtisadi güc kimi daha da möhkəmləndirir.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycanın təşkilata sədrliyi TDT məkanında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş geniş təşəbbüslərə töhvə verir.

“Ortaq məqsədimiz yalnız ticarət və investisiya axınlarını gücləndirmək deyil, həm də türk dünyasının daha inteqrasiya olunmuş, müasir və gələcəyə yönəlmiş iqtisadi arxitekturasını formalaşdırmaqdır”.