BAKI, 13 iyun. TELEQRAF

Fransada keçirilən yerli seçkilərə müdaxilə etməkdə şübhəli bilinən İsrail şirkəti "BlackCore" şirkəti Nyu-York, Şotlandiya, Anqola və Toqodakı seçki prosesinə müdaxilə etmiş ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın dezinformasiya aşkarlama xidməti məlumat yayıb.

"BlackCore" şirkəti Fələstin tərəfdarı olan solçu Fransa Yenilməz (LFI) partiyasından üç mer namizədi nüfuzdan salmaq üçün onlayn kampaniya təşkil etməkdə şübhəli bilinib.

Araşdırmalar davam etdirilir.