BAKI, 12 iyun. TELEQRAF
Texas ştatının Midland şəhərində bir nəfərin ölümü və azı doqquz nəfərin yaralanması ilə nəticələnən kriminal hadisə baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Midland Polisinin məlumatına görə, silahlı zərərsizləşdirilib.
Hadisə zamanı azı 40 atəş və bir partlayış səsi eşidilib.
Hadisə yerindən çəkilmiş video görüntülərdə polis əməkdaşlarının əməliyyat zamanı zirehli maşınlardan və robot cihazlardan istifadə etdiyi görünür.
Təxminən 140.000 əhalisi olan Midland şəhəri Texasın neft hasilatı ilə məşğul olan bölgəsində yerləşir. Burada tez-tez atışma səsləri eşidilir.