ABŞ Ali Məhkəməsi cümə axşamı Alabama ştatında azot qazı ilə ölüm hökmünün icrasını dayandırıb. Edam üsulunun konstitusiyaya zidd olduğu müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qərar 49 yaşlı Cefferi Lini cümə axşamı yerli vaxtla saat 18:00-da edam etməyi planlaşdıran Alabama hakimiyyəti üçün ciddi bir zərbə olub.
Bu qərar azot hipoksiyası kimi tanınan edam üsulunun konstitusiyaya uyğunluğu ilə bağlı gələcək hüquqi mübarizələrə də təsir göstərə bilər. Alabama 2024-cü ildə bu üsuldan istifadə edən ilk ştat oldu.
Əgər edam baş tutsaydı, Li bu tarixdə Alabamada edam edilən səkkizinci, ümumilikdə isə ABŞ-da doqquzuncu məhbus olacaqdı.
.