BAKI, 13 iyun. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın daha əvvəl dondurulmuş ən azı 10 milyard dollar həcmində aktivlərini blokdan çıxarmağa razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin iki mənbəsinə istinadən verdiyi xəbərə görə, həmin vəsaitin 3 milyard dollardan çox hissəsi artıq İrana köçürülüb.
Məlumata əsasən, aktivlərin blokdan çıxarılması İranın BƏƏ ərazisinə zərbələri dayandırması qarşılığında həyata keçirilir. Mənbələr bildiriblər ki, gələcəkdə blokdan çıxarılan vəsaitin ümumi həcmi 20 milyard dollara çata bilər.
Agentliyə danışan əmirlik rəsmilərindən biri ölkəsinin regionda gərginliyin azaldılmasına və sülhün bərqərar olunmasına töhfə verməyə çalışdığını vurğulayıb.