BAKI, 13 iyun. TELEQRAF
İranın cənubunda, Hörmüz boğazının yaxınlığında yerləşən Sirik limanında partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, insident İran Silahlı Qüvvələrinin Hörmüz boğazında açdığı ehtimal olunan xəbərdarlıq atəşi ilə əlaqəli ola bilər.
Hadisənin detalları və mümkün nəticələri barədə hələlik əlavə məlumat verilməyib.