BAKI, 13 iyun. TELEQRAF

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 12 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.