BAKI, 13 iyun. TELEQRAF
Doktorantura təhsili vermək istəyən ali məktəblər üçün mütləq qaydada keyfiyyətli elmi-tədqiqat bazasına malik olmalıdır. Elmi-tədqiqat olmayan yerdə doktoranturanın olması formal xarakter daşıyır.
Bunu Gəncədə "Son zəng" tədbirinə qatılan təhsil naziri Emin Əmrullayev Teleqraf-ın Qərb bürosunun sualına cavabında bildirib
O qeyd edib ki, bölgənin ali təhsil müəssisələrində doktorontura səviyyəsinə qəbulun azalmasına səbəb elmi-tədqiqatın aparılmamasıdır.
"Bizə formal doktorantura bitirənlər lazım deyil. Külli miqdarda insan bu pilləni bitirsə də, müdafiə etməyib. Doktorluq sadəcə status yox, təhsilin növbəti pilləsi olmalıdır. İnanıram ki, bunu illər ərzində dəyişəcəyik. "Mənim də doktorluq dərəcəm var'"demək üçün 4 il vaxt itirilməməlidir. Doktorantura öz həyatını elmə, tədqiqata və universitetlərdə tədrisə həsr edənlər üçün olmalıdır", - nazir qeyd edib.