BAKI, 13 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, vurulan pilotsuz aparatların kommersiya daşımaları üçün təhlükə yaratdığı ehtimal olunub.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji və ticarət marşrutlarının əsas hissələrindən biri hesab olunur və bölgədə baş verən hadisələr beynəlxalq gəmiçiliyə təsir göstərə bilər.