BAKI, 12 iyun. TELEQRAF
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar isveçrəli həmkarı İqnazio Kassislə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regional vəziyyət ətrafında fikir mübadiləsi aparıb, xüsusilə ABŞ ilə İran arasında qarşılıqlı anlaşma istiqamətində əldə olunan müsbət irəliləyişləri məmnunluqla qarşılayıblar.
İsveçrənin xarici işlər naziri diplomatik əlaqələrin dəstəklənməsində Pakistanın oynadığı aparıcı vasitəçilik rolunu yüksək qiymətləndirib. O, İslamabadın regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səyləri xüsusi vurğulayıb.
Hər iki tərəf proseslərin gələcək inkişafını yaxından izləmək və sıx təmasda qalmaq barədə razılığa gəliblər.