BAKI, 12 iyun. TELEQRAF
İspaniya çempionu "Barselona" "Real Madrid"in prezidenti Florentino Peresi Kataloniya klubunun şərəfini ləkələməkdə ittiham edir.
Teleqraf xəbər verir ki, "Barselona" Peresdən klubun nüfuzuna xələl gətirən ifadələrinə görə üzr və təkzib tələb edir.
Peres "Barselona"nı İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Maria Neqreyra ilə korrupsiya əlaqələrində ittiham edib.